PİRVAHİD KƏNDİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBUL KEÇİRİLDİ

Quba Rayon Icra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev növbəti səyyar görüş-qəbulu 2-ci Nügədi kənd İnzibati Ərazi Dairəsinə daxil olan Pirvahid kəndində keçirib. Quba rayon İcra Hakimiyyətinin başçısı

Ziyəddin Əliyevin Pirvahid kəndində keçirdiyi səyyar görüş-qəbulda Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. İcra başçısı Ziyəddin Əliyev çıxışında son dövrlərdə ölkəmizdə əldə olunmuş sosial-iqtisadi tərəqqi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu islahatlar, kənd təsərrüfatının, sənayenin inkişafı və s. tədbirlər barədə ətraflı məlumat verib.Vurğulayıb ki,son 20 ay ərzində Qubada 16 modul tipli, 3 tam orta məktəb binalarının tikintisi,Quba-Qonaqkənd, Quba-Alpan-Susay-Xınalıq yollarının əsaslı yenidən çəkilişi,kəndlərarası və kənddaxili yolların asvaltlanması,hazırda rayonun 19 yaşayış məntəqəsinin qazlaşdırılması istiqamətində görülən işlər,Qubada yeni emal və istehsal müəssisələrinin yaradılması və sair mühüm layihələr dövlət başçımızın qubalılara diqqət və qayğısının,əhalinin yaşayış vəziyyətinin daha da yaxşılaşdırılmasına önəm verməsinin təzahürüdür. Görüşdə çıxış edən Pirvahid kəndinin sakinləri dövlət başçımızın tapşırığına uyğun olaraq həm mərkəzi, həm də yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən keçirilən səyyar görüşlərin əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd edilib ki, belə tədbirlər vətəndaşları narahat edən məsələlərin yerində öyrənilməsi, onların həlli istiqamətində tədbirlərin vaxtında həyata keçirilməsi üçün çox əhəmiyyətlidir. Qeyd edək ki,Səyyar görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icrası nəzarətə götürülüb. Həlli vacib məsələlərin icrası ilə bağlı aidiyyatı qurumların səlahiyyətlilərinə tapşırıqlar verilib