Yeni ilin gəlməyini hər kəs xüsusi olaraq da uşaqlar bir çoşğu və böyük ümidlərlə gözləyirlər. Ancaq bu bayram insanları sevindirdiyi kimi bəzi vaxtlar istirahətlərinə mənfi təsir edir. Bəs bu mənfi təsir edən vasitələr nələrdir?
Köhnə ili geridə qoyub təzə ilə girdiyimiz vaxt artıq bir ənənə halını almış vərdişimiz də vardır ki, atəşfəşanlıq olmalıdır.Yalnız bir çox insanlar xüsusən də yeniyetmələr və uşaqlar başa düşmürlər ki, bir anlıq səsindən xoşlandığımız bu partlayıcı maddələrin səsi ətrafda olan insanları narahat edə bilər hətta yanğına və digər xoşagəlməz hadisələrin də baş verməsinə səbəb olan bu vasitələrin anidən baş verən partlayışı həm də insanların, əsasən də, yaşlı, xəstə və uşaqların psixi durumuna və səhhətinə mənfi təsir göstərir, onlarda qorxu hissi yaradır.Şəhərdə apardığımız sorğuda bu vasitələrin istifadəsinə olan münasibət ilə maraqlandıq.Satışı qanunla qadağan edilmiş, yüksək səsyayıcı qabiliyyətinə malik bahalı pirotexniki vasitələrdən əsasən yeniyetmə və gənclər istifadə edir.Pirotexniki vasitələrin istifadəsi istirahət edən insanların rahatlığını pozmaqla yanaşı hətta bəzən xəsarətlə də nəticələnir.Səhiyyə Nazirliyinin rəsmi məlumatına əsasən,təkcə 31 dekabr-1 yanvarda 13 nəfər pirotexniki vasitələrdən xəsarət alaraq Təcili Tibbi Yardıma müraciət edib.Onlardan 8-i xəstəxanalara yerləşdirilib.