PEZEŞKİAN YENİ AZƏRBAYCAN DÖVLƏTİNİN QURULACAĞI MESAJINI VERDİ
Baxış sayı: 28
İsrailin Hizbullah lideri Həsən Nəsrullahı da aradan götürməsindən sonra bütün diqqət İranın üzərindədir: İran hansısa cavab verəcəkmi və bu “cavab” özündə nəyi əhatə edəcək?
İran hökuməti hazırkı vəziyyətdə olduqca çətin durumdadır. Əgər Nəsrullahın qətlinə hərbi reaksiya verərsə, İsrailin çoxdan arzuladığı ssenariyə cəlb olunacaq. Zatən İsrail 7 oktyabr hücumundan sonra müxtəlif vasitələrlə İranı müharibəyə cəlb etməyə çalışır.Netanyahu artıq İranın mümkün hücumu ilə bağlı təhdidini də səsləndirir. Qeyd edək ki, Pezeşkianın “İran ərazisində 4 dövlət yarana bilər” mesajının özü də Qərbə şantajdır: Qərb İranda Cənubi Azərbaycan dövlətinin yaranması ilə Türkiyənin Orta Asiyanın türk dövlətləri ilə geniş əlaqəsinin yaranmasına və Turanın quru sərhədlərlə birləşməsinə hazırdırmı? Qərb buna razıdırmı? Görünür, “İranda yeni dövlətlərin yaranması” Qərbin planlarına uyğun deyil. Buna görə də İranın “sərhədlərinə çəkilməyə”, ölkə kənarındakı qüvvələrinin məhvinə razılaşdığı, əvəzində sanksiyaların yumşaldılması və mövcudluğuna təminat almaq istədiyi versiyası kifayət qədər güclü ehtimaldır.
#Turan #Azərbaycan #İsrail #İran #GüneyAzərbaycan #BöyükAzərbaycan