PAYTAXTA YAXIN ƏRAZİLƏRDƏ PİYADA KEÇİDLƏRİ İNŞA EDİLİR
Baxış sayı: 575
Magistral avtomobil yollarının Bakı şəhərinə yaxın ərazisindən keçən hissələrində bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır. Sözügedən piyada keçidləri insanların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir. İnşası aparılan və tikintisi nəzərdə tutulan yerüstü piyada keçidləri yüngül konstruksiyalıdır. Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası nəzərdə tutulur.