PARLAMENT SƏDRLƏRİNİN RƏHBƏRLİK ETDİKLƏRI NÜMAYƏNDƏ HEYƏTLƏRİNİN ŞUŞAYA SƏFƏRİ BAŞLAYIB

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iyulun 29-da Şuşa şəhərinə səfəri başlayıb. Səfər çərçivəsində nümayəndə heyətləri Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrini və digər məkanları ziyarət etdikdən sonra Cıdır düzündə olublar. Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.