PAMBIQ ZİYANVERİCİLƏRİNƏ QARŞI MÜBARİZƏ
Baxış sayı: 554
Pambıq Sahələrində pambıq ziyanvericilərinə qarşı mübarizə tədbirləri" mövzusundə təlim Beyləqan rayonu Təzəkənd kəndi ərazisində yerləşən pambıq tarlasında gerçəkləşib. Görüşdə Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstutunun direktoru Elçin Xəlilov və institutun əməkdaşları, Beyləqan Regional Aqrar Təlim Mərkəzinin direktoru Qurban İmranov, mütəxəssislər fermerlər iştirak edib. Çıxış edənlər Pambıqçılığn inkişafı, aqrotexniki qulluq həmçinin pambığın becərilməsi və ziyanvericilərə qarşı vaxtında tətbiq ediləcək bioloji və kimyəvi mübarizə tədbirləri barədə təlim iştirakçılarına məlumat verib. Bildirilib ki, Pambıq bitkisi üzərində 200 müxtəlif növ ziyanlı organizm-həşarat, gənə və xəstəlik törədən mikroorqanizmlər yaşayır və bunlar mütamadi olaraq çoxalma qabiliyyətinə malikdir. Qeyd edilib ki, Pambıq aqrosenozunda onun zərərvericilərini məhv edan 50-dan çox yırtıcı və parazitlərə rast gəlinir. Bundan başqa Pambıq sofkasi, hörümçək gənəciyi, türün tripisi və mənənələr Azərbaycanda pambıq bitkisinin əsas zərərvericiləridir.