PAKİSTAN-HİNDİSTAN SƏRHƏDDİNDƏ GƏRGİNLİK

Hindistan və Pakistan hərbçiləri arasında yenə toqquşma baş verib. Bu barədə “Röyters” bilgi yayıb. Hindistan ordusu cümə günü gecə yarısından sonra Kəşmirdə Hindistan və Pakistanın nəzarətində olan əraziləri ayıran 740 km-lik de-fakto sərhədi boyunca Pakistan ordusunun mövqelərindən açılan atəşə qarşılıq verdiklərini açıqlayıb. Bundan sonra Pakistanın hərbi maşın karvanı Hindistanla sərhədə doğru irəliləyib. Hərbi kolonun görüntüləri sosial şəbəkələrdə yayılıb.Hərbi kolonun Kəşmirin şimalına tərəf getdiyi bildirilib.Pakistan mətbuatının yazdığına görə, Hindistan Pahalqamda turistlərə hücum etdikləri güman olunan terrorçuların evlərinə zərbələr endirib. Qeyd edək ki, aprelin 22-də Kəşmirin Hindistanın nəzarətində olan hissəsində 26 nəfərin öldürülməsindən sonra iki ölkə arasında gərginlik görünməmiş səviyyəyə çatıb. Hindistan aktı törədən qruplaşmanın Pakistan ərazisində fəaliyyət göstərdiyini iddia edib, Pakistan bunu qəti şəkildə rədd edib.