PAŞİNYANLA MƏTBUAT ARASINDA QARŞIDURMA

Ermənistan Jurnalistlər Birliyi ölkənin Baş Naziri Nikol Paşinyanı tənqid edib. Təşkilat hökumət başçısını demokratik olmamaqda, mətbuata azadlığı prinsiplərinə zidd davranmaqda ittiham ediblər. Bundan əlavə olaraq jurnalistlərə qarşı diskriminasiya hallarına yolverilməz olduğunu vurğulayıblar. Ermənistan Jurnalistlər Birliyi hökumət aparatını tezliklə qərara yenidən baxmağa və mətbuat konfransında bütün KİV nümayəndələrinin iştirak etməsini, ayrıseçkiliyə yol verməməsini tələb edirlər. O da əlavə olunub ki, ölkədə günü-gündən böyüyən qarşılıqlı anlaşılmazlıq, daha da dərinləşir. Qeyd edək ki, bu gün Baş Naziri Nikol Paşinyan mətbuat konfransı keçirəcək. O, ötən gün bildirib ki, jurnalistlərin əvvəlcədən yazıb göndərdikləri suallara cavab verməyəcək.