PAŞİNYANIN ÖNÜNƏ XİYAR QOYDULAR ...

İrəvanda Müxalif Müqavimət Hərəkatının iştirakçıları konistitusiya məhkəməsinə doğru yürüş təşkil ediblər. Daha sonra isə aksiya iştirakçıları Prezident İqamətgahı qarşısında etiraz aksiyası keçiriblər. Belə ki, aksiya zamanı etirazçılar İqamətgahın qarşısına çoxlu sayda xiyar atıblar. Onu da qeyd edək ki, Ermənistanda müxalifətçilər aprelin 25 – dən mütəmadi olaraq Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Səbəb Paşinyanın Qarabağla bağlı yürütdüyü siyasətdir.