PAŞİNYANDAN VAŞİNQTON GÖRÜŞÜ BARƏDƏ AÇIQLAMA

Ermənistan və Azərbaycanın Xarici İşlər nazirləri tezliklə Vaşinqtonda görüşəcəklər. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Nazirlər Kabinetinin iclasında bildirib. O, Vaşinqtonda daha əvvəl keçirilən danışıqlarda əldə olunan bəzi irəliləyişlərin inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb.Qeyd edək ki, bir müddət öncə Azərbaycan XİN nazirlərin növbəti görüşünün dəqiq tarixinin müəyyənləşdirilməsi istiqamətində iş aparıldığını bəyan etmişdi. Ermənistan XİN isə Vaşinqtonda nəzərdə tutulan görüşün təxirə salındığı haqda bilgi yaymışdı.

 

{youtube}xWDYvrOO_3M{/youtube}