PAŞİNYANDAN SÜLH MÜQAVİLƏSİ AÇIQLAMASI
Baxış sayı: 494
Ermənistanın Baş Naziri Nikol Paşinyan bəyan edib ki, bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir. Baş Nazir bu barədə parlamentdəki hökumət saatında çıxışı zamanı deyib. Paşinyanın sözlərinə görə sərhədin delimitasiyası ilə bağlı vacib bir məsələ var. O, ümid etdiyini bildirib ki, bu problem də delimitasiya işləri və sülh müqaviləsi imzalanana qədər həllini tapacaq.