PAŞİNYAN SEÇKİLƏRDƏN SONRA BAKIYA MESAJ VERDİ
Baxış sayı: 11
Ermənistanın baş naziri Nikol Paşinyan parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra müraciətlə çıxış edərək, İrəvanın sülhə, regional əməkdaşlığa və qonşu ölkələrlə münasibətlərin normallaşmasına sadiqliyini bir daha təsdiqləyib.Jurnalistin seçkilərdə rəhbərlik etdiyi siyasi qüvvənin qələbəsindən sonra Türkiyə və Azərbaycan xalqlarına hansı mesajı vermək istədiyi ilə bağlı sualını cavablandıran Ermənistan hökumətinin başçısı bəyan edib ki, rəsmi Yerevanın mövqeyi dəyişməz olaraq qalır. " Ermənistan xalqı sülh, regional rifah və regional əməkdaşlığa tərəfdardır. Ümid edirəm ki, bu həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq", - deyə Paşinyan bildirib. Erməni Baş nazirin sözlərinə görə, Ermənistanın əsas prioritetlərindən biri Azərbaycanla sülh prosesinin institusionallaşdırılmasıdır.Paşinyan habelə Ermənistan-Türkiyə münasibətlərinə də toxunub. O qeyd edib ki, İrəvan normallaşma prosesində və iki ölkə arasında dövlət sərhədinin açılmasında gələcək irəliləyişləri gözləyir. Azərbaycanla sülh münasibətlərinə toxunan Paşinyan xatırladıb ki, tərəflər artıq sülh sazişinin mətni üzərində razılaşıblar və indi onun imzalanmasına keçmək lazımdır.
