PAŞİNYAN DÜNYAYA MEYDAN OXUDU

Biz dövlətçiliyimizin funksionallığına yenidən baxmaq zərurəti ilə üzləşmişik. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 16-da Milli Assambleyanın iclasında 2024-cü il dövlət

büdcəsi layihəsinin müzakirəsi zamanı deyib. Onun fikrincə, yenidən qiymətləndirmənin nəticəsi belə olmalıdır: Ermənistan xaricdə işlənib hazırlanmış və planların həyata keçirilməsi üçün tramplin və ya forpost deyil, bu  öz vətəndaşlarının təhlükəsizliyini, rifahını, azadlığını və xoşbəxtliyini təmin etmək vasitəsidir. "Ermənistanın milli marağı məhz iqtisadi inkişafdır və bütün konsepsiyalar yalnız bu kontekstdə qiymətləndirilməlidir", - deyə Paşinyan əlavə edib.