Ermənistanın Baş Naziri Nikol Paşinyan hökumətin hər iclasında Azərbaycanı hədəf alır. Bu dəfəki iclasda da o, aylardır sübut edə bilmədiyi blokadadan danışıb.
Hətta bu dəfə Paşinyan Rusiya sülhməramlılarının da guya bizim üzümüzdən blokadada qaldığını dilə gətirib. Ancaq Erməni lider unudur ki, yolun bağlı olmasının səbəbkarı sərhədçilərimizə atəş açan Ermənistandır. Bundan başqa rəsmi Bakı Rusiya sülhməramlılarına lazım olan yükləri Ağdamnan daşımağı təklif edib. Laçın yolunun bağlı olmasından Paşinyanın şikayətlənməsinin arxasında əslində başqa məqam gizlənir. Belə ki, o Laçın yolunu bəhanə gətirməklə, Zəngəzur dəhlizinin açılmasına etiraz edir. Daha bir erməni həyasızlığı isə Paşinyanın Qarabağda erməni silahlı birləşmələrinin olmadığı halda Azərbaycan tərəfinin bu birləşmələri Azərbaycan ərazisindən çıxarmaq tələbinin olduğunu deməsidir. O zaman belə bir sual meydana çıxır. Əgər həqiqətəndə Qarabağda ermənistan silahlıları yoxdursa, niyə məhv edilən erməni terrorçuların cəsədləri Ermənistana göndərilir? Məncə hər şey gün kimi aydındır.