PAŞİNYAN ÜMİDİNİ TUALETLƏRDƏN GƏLƏN PULLARA BAĞLAYIB

Ermənistan baş naziri Nikol Paşinyan Cermuk icmasının büdcəsini restoranlardakı ayaq yolularından istifadəyə görə ödənişlərdən əldə edilən gəlirlər hesabına doldurmaq niyyətindədir. Qafqaz TV-nin erməni mətbuatına istinadən verdiyi bilgiyə görə, o, Cermukda məşhur maral heykəlinin yaxınlığında restoran və kafelər tikilməsini təklif edib. "Niyə burada restoran, kafe və hotellər olmamalıdır? Turistlər pul xərcləyirlər, hətta aytualetə 500 dram, yəni 1 ABŞ dollarından çox xərcləsələr belə bu, onlar üçün az puldur, amma icma bununla hansısa problemi həll edə bilər", - deyə Paşinyan bildirib. Qeyd edək ki, baş nazir bu sözləri Cermukdakı məşhur maral heykəlinə aparan 1,6 km uzunluğunda yolun çəkilişi zamanı deyib. Bu barədə Paşinyan öz Facebook səhifəsində yazıb: -Müşahidə meydançasının tikintisi davam edir. Bu göyərtənin cəmiyyətdə turizmi təbliğ edəcəyi gözlənilir. Tikinti işləri 2025-ci ildə başa çatdırılacaq- deyə o əlavə edib.