OZANLAR TÜRK DİLİNİN QORUYUCULARIDIR

Türk xalqlarının ortaq ədəbiyyatı, gələnəkləri, musiqiləri olduğu kimi Ortaq türk sənətkarlığı da var ki, bunlardan biri də ozan sənətidir. Digər türk xalqlarında olduğu kimi Azərbaycanda ta qədim çağlardan ozan sənəti olsa da sonralar ozan sənətinin aşıqlar davam etdirib. V-VI əsrlərin bilicisi Dədə Qorqud, Ozan Dədə Oğuz xanlığının bir neçə əsrlik ədəbi salnaməsini “Kitabi Dədə Qorqud” dastanlarnda əbədiləşdirərək o dövrün Türk boyları, yürk xalqlarınıən yaşam tərzi haqqında geniş bilgilər verir. Dədə Qorquddan başqa Türk ozanları bir əllərində qılınc, birində Qopuz düşmənin bağrını yararaq, türk igidlərrinin qəhrəmanlıqlarından el-el, oba oba dolaşaraq söz açıblar. Türkiyəli Yazar Mühittin Arar deyir ki, Ozanlar həm də Türk dilinin qoruyucuları sayılır. Ozan sənəntinin davamı olan aşıq sənəntinin adının mənaları haqqında fərqli fikirlər var. Bilim aqdamları "aşığı" hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir.Güman etmək olar ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" "mahnı oxuyan", "müğənni" deməkdir.Məlumdur ki, "varsaq"sözü "aşıq şeri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Deməli, ehtimal ki, "aş-u-la" yaxud "aş-ı-la" "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdır .Qədim türklər işığın (is, iş, qor, od) suda əriməsindən dünyanın yarandığını guman edərmişlər. Türk mifoloji təsəvvürlərini araşdıran tanınmış alim Fuad Köprülüzadə belə nəticə çıxarır ki, "aşıq" sözü türkcə "işıq" sözünün törəməsidir.Tarixin yaddaşında daha bir maraqlı fakt vardır. XVI əsrdə türk aləmində hərbi himnlər geniş yayılıb. janr baxımından «türkü» adlanan və Şah İsmayıl Xətaini tərənnüm edən bu «türkü»-himnlərin yaradıcılarını «aşiq» adlandırırdılar. Eyni zamanda xalq arasında həmin sənətkarları «a şıx» deyə çağırardılar. Sonralar fəxri «aşıq» adı saz-söz sənətkarlarının adına əlavə olundu. Türkmənlər, özbəklər, qırğızlar, qazaxlar aşığa "baxşı" ya da "akın" deyirlər. Türk xalqları rasında ozanlar fərqli adlar verildiyi kimi onlarlın etdikləri qopuzun "Kitabi Dədə Qorqud" boylarında xatırlanan qolça qopuz bir neçə adda təqdim olunur. Bu adlara "quruluca qopuz", "alça qopuz" kim adlar aiddir.