OZAN SEMİH İPEK QARDAŞ QAZAXISTANIN SƏHNƏSİNDƏ

Tanınmış dombra ifaçısı, ozan Semih İpek Qazaxstanda konsert proqramı ilə çıxış edəcək. Sənətçi martın 27-28 də Qazaxstanın Almaatı şəhərində qastrol səfərində olacaq.

Qazaxstanda reallaşacaq konsertdə Semih İpek Arxaim Musiqi qrupu və Hasen Tolqanay ilə birlikdə səhnəyə çıxacaq. Qeyd edək ki, konsertin ərsəyə gəlməsi fikri Qazaxstanın tanınmış musiqi qruplarından olan Arxaim qrupunun rəhbəri Abzal Arıkbayev tərəfindən gəlib. Konsert proqramında fərqli coğrafiyalarda yaşayan Türkdilli ölkələrin musiqilərin ifa edilməsi, bir daha türklərin ortaq köklərə malik olmasının bariz nümunəsidir. Müsaqhibənin sonunda Semih İpek Qafqaz Tv efiri vasitəsi ilə bütün türk dünyasına bir çağrış etmək istədiyini dilə gətirdi. Bizdə ozanımızın sözünü yerə salmayıb, ona bu imkanı yaratdıq.