OV MÖVSÜMÜ BAŞLADI

İyunun 1-dən ov mövsümü açıq elan olunur.Bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin

İnkişafı Departamenti bildirib

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti Respublika ərazisində 2019-2020-ci illər üzrə ov mövsümünün başlanması ilə bağlı vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları, ov icazələrinin  bölgü cədvəlləri hazırlayıb. Beləki Dağıstan turu

01 iyun 2019-cu il –12 oktyabr 2019-cu il, Qaban (Çöl dönuzu)14 sentyabr 2019-cu il –21  dekabr 2019-cu il, Dovşan 16  noyabr 2019-cu il –11 yanvar 2020-ci il,

Bataqlıq qunduzu (nutriya) 05 oktyabr 2019-cu il-15 fevral 2020-ci il, Cüllüt 14 sentyabr 2019-cu il – 23 noyabr  2019-cu il,  Qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla ) 12 oktyabr 2019-cu il – 07  mart  2020-ci il Ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmər cürə istisna olmaqla) 12 oktyabr 2019-cu il –7 mart  2020-ci il, Qaşqaldaq 12 oktyabr 2019-cu il –07  mart  2020-ci il Alabaxta və bildirçin 24 avqust 2019-cu il- 16 noyabr 2019-cu ildə ovlana bilər.

Azərbaycan Respublikasının ərazisində bəzi heyvanların -çaqqal, yenot, ala qarğa və sağsağanın saylarının tənzimlənməsi məqsədilə müvafiq icazə əsasında il  boyu ovlanmasına icazə verilir.

Vəhşi heyvan və quşların sayını tənzimləmək məqsədilə ov edilməsinə aşağıda göstərilən rayonların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir:

-  qaban (çöl  donuzu) - Lənkəran,   Astara,  Lerik,  Qax,  Cəlilabad, Zaqatala, İmişli,  Qusar,  Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı;

-  dağıstan turu -  Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Oğuz;

- dovşan – Şabran, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı;

- vəhşi quşlar - yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və ya xüsusi  müəyyən olunmuş ov sahələrində.

Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov etmək olmaz.