ORTA ASİYADAN OLAN BİR QRUP JURNALİST VƏ İCTİMAİ FƏAL QUBADA OLDU

Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqlar və bütövlükdə Azərbaycanın bu günkü real vəziyyətini dünyaya nümaiş etdirmək üçün irəli sürdüyü təşəbbüs çərçivəsində xarici ictimai fəalların və jurnalistlərin səfərlərinin təşkili həyata keçirilir. Mətbuat şurası idarə heyyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət də bu təşəbbüsə qoşularaq, Orta Asiyadan bir qrup journalist və ictimai fəalları Azərbaycana dəvət edib. Proqram çərçivəsində qonaqlar əvvəlcə işğaldan azad edilmiş Qarabağda, daha sonra isə Xaçmaz və Quba rayonlarında oludular.