NOVRUZUN İLK ÇƏRŞƏNBƏSİ – SU ÇƏRŞƏNBƏSİ

Fevral ayının 21-i ilin ilk çərşənbəsi - Su çərşənbəsi qeyd olunacaq. Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə, “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.İnanca görə su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir. Deyirlər, su həyat mənbəyi, aydınlıq rəmzidir. Biz də Qafqaz TV ailəsi olaraq xalqımızı Novruzun ilk çərşənbəsi olan, su çərşənbəsi münasibəti ilə təbrik edir, hər birinizin ömrünün su qədər uzun, saf və təmiz olmasını diləyirik.