NORVEÇDƏ “SƏNƏT DİPLOMATIN GÖZÜ İLƏ” ADLI RƏSM SƏRGİSİ AÇILIB

Norveçdə rəssam və diplomat Gülşen İpiçürüğün “Sənət diplomatın gözü ilə” adlı rəsm sərgisi açılıb. Açılışı Norveçin Bərum şəhərində baş tutan sərgidə nümayiş olunan rəsmlər, rəssam və diplomat Gülşen İpiçürükün Türkiyə, Azərbaycan, müxtəlif Afrika ölkələri və Norveçdən aldığı ilham nəticəsində ərsəyə gəlib.