Ermənistan 9/10 noyabr səhvini təkrar etməyəcək. Məqsədimiz odur ki, sülh sazişi imzalanandan sonra konkret təminatçılarımız olsun ki, hər hansı pozuntu baş verərsə, biz
hansı beynəlxalq mexanizmlərdən istifadə edə biləcəyimizi bilək.Bu barədə Ermənistan parlamentinin milli müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini, deputat Armen Xaçatryan deyib. “Noyabrın 10-dan sonra Rusiyanın bütün zəmanətləri itdi. Ermənistan bu səhvi ikinci dəfə təkrar etməyəcək deyə Xaçaturyan əlavə edib. Rusiyanın “əgər Naxçıvanla Azərbaycan arasında yol açılsa, ona nəzarət Rusiya tərəfindən həyata keçirilməlidir” kimi son bəyanatlarına gəlincə, demək istəyirəm ki, bu, heç bir halda ola bilməz, heç bir ölkənin qüvvələri Ermənistanın yollarında ola bilməz. Ölkəmizin xüsusi təyinatlı qüvvələri yollarda təhlükəsizliyi təmin edəcək”, - deyə o bildirib.