NAXÇIVANA QURU YOLUN AÇILMASININ İQTİSADİ ƏHƏMİYYƏTİ
Baxış sayı: 535
Naxçıvana quru dəhlizin açılması mühüm tarixi nailiyyətdir. Belə ki, quru dəhlizin açılması Azərbaycan Prezidentinin təkidi ilə ölkəmizin qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında əvvəllər nəzərdə tutulmayan nəqliyyat əlaqəsi yaradacaq. Bununla da Naxçıvan həm mühasirədən çıxarılır, həm də yeni nəqliyyat damarı yaradılır. Bəs Naxçıvan Muxtar Respublikasına birbaşa yolun açılması ölkə iqtisadiyyatı üçün hansı imkanları yaradacaq?Açılacaq dəhliz vasitəsilə Azərbaycan öz ayrılmaz tərkib hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə Ermənistan da bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradılması gözlənilir. Bu, həm iqtisadi, həm də nəqliyyat əlaqəsinin qurulması baxımından çox vacibdir.