NAXÇIVAN VƏ KƏLBƏCƏR ATƏŞƏ TUTULDU

Naxçıvan istiqamətində mövqelərimiz növbəti dəfə atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi bilgi yayıb. Bildirilib ki, avqustun 18-i saat 19:30-da Ermənistan silahlı

qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Habelə eyni gündə saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini də atıcı silahlardan atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən bilgi verilib. Müdafiə Nazirliyindən verilən bilgiyə görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.