NATO RUSİYAYA QARŞI YENİ BAZA YARADIR ?
Baxış sayı: 757
Rusiya sərhəddi yaxınlığında yerləşən Finlandiyanın Lappeenranta şəhərinin hava limanı hərbi baza yerləşdirmək üçün NATO – ya verilə bilər. Bu barədə şəhər meri Kimo Yarba məlumat verib. Mer həmçinin qeyd edib ki, ölkənin Şimali Atlantika Alyansına üzvlüyü Etil Karjala regiaonunda təhlükəsizlik və ümid hissi yarada, habelə regiona böyük investisiyaların yatırılmasına səbəb ola bilər. Hələlik bu məsələ ilə bağlı hərbi qurumlarla danışıqlar aparılmadığı bildirilib. Qeyd edək ki, Lappeenranta şəhəri Rusiya ilə sərhəddən yarım saatlıq məsafədə yerləşir. Bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin İsveçrə və Finlandiyanın NATO – a daxil olmasının əleyhinə olmadığını, lakin Alyansın hərbi infrastrukturunun bu ölkələrdə yerləşdirilməsinə cavab verəcəklərini bildirib.