Vaxt vardı Nabran turizm-çimərlik zonası həm yerli, həm də əcnəbi turistlərin ən çox sevdiyi istirahət ərazilərindən idi.Xüsusən də rusiyalı turistlərin.Yay mövsümündə turistlərlə dolub daşan Nabran son
illər elə yay çimərliyi mövsümündə də solğun payız,sazaqlı qış ab-havasını yaşayır.Səbəb çoxdu.İsti yay günlərində belə yaylaqda, otlaqda olmalı olan mal-qara Xəzərin Nabran sahillərini ağuşuna alıb dəniz mehinin sərinliyinə, dalğaların səsinə xumarlanır. Biz hələ dənizdə atını, itini çimizdirənləri demirik. Dəniz sahilində yeyib-içdiklərini əraziyə dağıdan, hətta oturduğu yerə belə basdırıb gedənlərə nə deyək.bütün bunlar azmış kimi ərazidəki yaşayış məntəqələrindən tutmuş bir çox özəl istirahət mərkəzlərinin çirkab sularının Xəzərə axıdılması qarşısı alınmaz hala çevrilib. İndi yay mövsümünün son günləri olsa da Nabran ilin hər mövsümündə gözəldir.Payızıda, qışı da, yazıda.Qalır meşə massivinin doğma Xəzərimizlə qovuşduğu bu təbii füsünkar ərazidə səliqə-səhman, təmizlik işlərinə əməl etmək.Bəlkə onda Nabranın turistlərlə dolub-daşan günlərini qaytara bildik.