NABRAN MEŞƏLİYİ NİYƏ QURUYUR ?
Baxış sayı: 602
Nabran meşəliyində istirahət mərkəzindəki ağacların yarpaqlarını və gövdəsini barmaya bənzər həşəratdar yeyir. Bu həşəratlar əsasən , ağacların yarpaqlarında və qabıqlarında yaşayır. Ona görə də, meşəyə böyük ziyan vurur , qida mənbəyi kimi seçdiyi ağacların yarpaqlarını yeyərək qurudur. Bu ziyanvericilərə meşənin hər bir tərəfində rast gəlmək mümkündür. Meşədə fəliyyət göstərən turizm məkanının sahibinin sözlərinə görə çarəsiz durumdadırlar. Meşəyə heyfi gələn sahibkar öz şəxsi vəsaiti hesabına ağacları qorumaq üçün əraziyə tüstü və zəhərli dərman pereaparatları gətirib. Ancaq ağaclar hündür olduğu üçün dərmanı belə hünürlüyə çatdırmaqda çətinlik çəkirlər. Yaxşı olardı ki, dərman havadan səpilsin ki, ziyanvericilərin kökünü birdəfəlik kəsmək mümkün olsun. Sahibkarın sözlərinə görə mövcud vəziyyətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də müraciət ediblər. Lakin bu günə qədər hələ ki, nazirlikdən müsbət cavab ala bilməyiblər.