NƏQLİYYATIN HƏRƏKƏT MƏHDUDİYYƏTİ 3 ZONADA TƏTBİQ OLUNACAQ

İyunun 6-da gecə saat 01:00-dan etibarən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakıda bır neçə mərkəzi küçədə avtomobillərin hərəkəti dayandırılacaq. Belə ki, Formula 1 Azərbaycan Qran Prisi üzrə aparılan işlər və qarşıdakı günlərdə yarışın keçirilməsi paytaxtın mərkəzi ərazisindəki yollarda hərəkətin məhdudlaşdırılması və istiqamətlərin dəyişdirilməsini zəruri edir. Hazırda nəzərdə tutulan zolaqların daralması, parklanma imkanlarının isə tam məhdudlaşması BAKI – Salyan yolu istiqamətində ciddi yükləmələrə səbəb olur. Qran-pri müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün yarış halqası ərazisində daimi yeraltı keçidlər gün boyu açıq olacaq. Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində keçiriləcək.