MOSKVADA SÜLH MÜQAVİLƏSİNİN DETALLARI MÜZAKİRƏ EDİLİB
Baxış sayı: 555
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada danışıqlar zamanı regionda nəqliyyat və iqtisadi kommunikasiyaların bərpası, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin parametrlərinin işlənib hazırlanması üzrə gələcək addımları müzakirə ediblər. Bu barədə Rusiya Xarici İşlər nazirliyi bilgi yayıb. “Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmalarının hərtərəfli yerinə yetirilməsi üzrə öhdəlik təsdiqlənib. Bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, eləcə də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin parametrlərinin işlənib hazırlanması kontekstində gələcək addımlar müzakirə edilib”. Bu barədə bilgi Rusiya XİN-in saytında verilib.