MİSİRDƏ İKİ YENİ TURİZM ŞƏHƏRİ SALINIR

"Biz ən yaxın bir neçə ay ərzində tamamilə iki yeni turizm şəhəri salmağı planlaşdırırıq. Şəhərlərdən biri paytaxt Qahirədən təxminən 100 kilometr məsafədə olacaq. O, Al-Qalələ adlanacaq. Bir neçə ay sonra İskəndəriyyə yaxınlığında, Aralıq dənizi sahilində Al-Alamin adlı yeni şəhəri salacağıq", - bu fikirləri Misirin turizm naziri Xalid əl-Anani “İzvestiya” qəzetinə verdiyi müshibədə deyib. O, həmçinin əminliyini ifadə edib ki, yaxın vaxtlarda ölkəyə aviabiletlərin qiyməti dəyişməyəcək. Nazir vurğulayıb ki, Misir hakimiyyəti başqa dövlətlərdən gələn təyyarələrə dəstək göstərməyə davam edir.