MİLLƏT VƏKİLİ VƏTƏNDAŞLARLA GÖRÜŞDÜ

Millət Vəkili Vahid Əhmədov Qubada vətəndaşlarla görüşüb. Hər ay vətəndaş qəbulu keçirən Millət Vəkili martın 14-də 100 nəfərdən çox vətəndaşın müraciətini dinləyib.

 

Millət Vəkili Vahid Əhmədovun qəbuluna  öncədən yazılmayan şəhid ailəsinin müraciəti isə növbədənkənar dinlənilib. Qəbula yazılanlar arasında ətraf rayonlardan vətəndaşların da hər birinin müraciəti dinlənilərək, qeydiyyata alınıb.

Vətəndaşların problemlərini dinləyən Millət Vəkili onların çoxunun həlli yönünüdə yerindəcə tədbirlər görüb. Öz həllini tapmayan məsələlər isə baxılması üçün qeydiyyata alınıb.

Qəbulun sonunda millət vəkili Quba sakinlərini və Qafqaz tv rəhbərliyini, kollektivini qarşıdan gələn Novruz bayramı və Ramazan ayının başlanması münasibətilə təbrik edib.

Onu da xatırladaq ki, martın 14-də keçirlən qəbuldan sonra Müllət Vəkili rayon sakinləri üçün iftar süfrəsi açıb.