METROPOLİTEN KOLLEKTİVİ UŞAQLARI TƏBRİK EDİB

Ənənəsinə sadiq qalan "Bakı Metropoliteni" QSC dünən "İçərişəhər" stansiyasında azyaşlı sərnişinlər üçün zəngin şou proqram təşkil edib. Hər il Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı müxtəlif tədbirlər keçirən metropoliten kollektivi COVİD-19 pandemiyası səbəbindən ötən iki ildə bu ən-ənəsini karantin qaydalarına uyğun olaraq keçirmək məcburiyyətində qaldı. Amma 2022-ci ildə artıq karantin qaydaları aradan qaldırıldığından metropoliten kollektivi yenidən öz ənənəsinə sadiq qalaraq balacaları təbrik etdi