MEDİA İŞÇİLƏRİ MÜKAFATLANDIRILDI

Bakı Gənclər Mərkəzində “EMEDIA GROUP” Media təşkilatının təşkilatçılığı ilə

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş, Milli mətbuatımızın 148 illik yubileyi münasibətilə  tədbir baş tutub. Əvvəlcə “Əkinçi” qəzetinin tatixindən bəhs edən tamaşa nümayiş olunub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,  Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad edilib. Tədbir təbrik çıxışları ilə davam edib. Çıxış edən millət vəkilləri mətbuat nümayəndələrini təbrik ediblər. Tədbirdə xanəndələr Mənsum İbrahimov, Təyyar Bayramov və müğənni Aynur Dadaşovanın ifasında musiqilər səsləndirilib. “EMEDIA GROUP” Media təşkilatı tərəfindən bir sıra media nümayəndələri “Əkinçi” mükafatı ilə təltif olunub. Sonda xatirə şəkili çəkilib.

{youtube}ukiBzmVlmNc{/youtube}