MEŞƏDƏ GƏZİNTİ

Əgər şəhərin çirkli ab-havasindan təngə gəlmisinizsə, o zaman ailənizlə, dostlarınızla və ya iş yoldaşlarınızla şəhər səs- küyündən uzaqda, meşə turizmi məhz sizlər üçündür.

Nəhəng ağacların kölgəsində piknik süfrəsində söhbətləşmək sizin istirahətinizi unudulmaz edə bilər.Meşədə cəhətləri tapmaq da bütün səyyahlar üçün ən ecazkar məşğuliyyətlərdəndir. Ağac kötüklərində meşə qarışqalarının yuvasını görsəniz, bilin ki, həmin tərəf cənubdur. Mamır və şibyə bitən tərəf isə şimalı göstərir.  İnsanlar meşədəki səssizlikdə yoqa etməyi daha üstün tuturlar. Bunun üçün meşə çayının şırıltısı, yarpaqların səhər mehində musiqisi, quşların nəğməsi sizin mənəvi istirahətinizi bir ahəngə qərq edəcək.Lakin meşə gəzintisinə çıxarkən bilməli olduğunuz detallar var. Birincisi, piknik üçün özünüzlə su, qida və süfrə götürməyi unutmayın. Ayaq izlərindən heyvanların növlərini tapın. Havanın dəyişkən olduğunu nəzərə alıb  geyiminizi nəzərə alın.Hər ehtimala qarşı ağcaqanadlar əleyhinə kremdən istifadə edin. Heyvanları narahat etməyin və yuvalarına toxunmayın. İdman geyimi və rahat ayaqqabı daha məqsədəuyğundur. Meşələrdə insanın xoş əhval-ruhiyyədə olması oksigen bolluğu ilə əlaqədardır. Meşədə gəzərkən həmçinindiqqət etməli olduğunuz məqamlar bunlardır: Ağacların körpə budaqlarını və fidanları qırmayın.Cığırlar olmayan yerlərdə gəzmək olmaz. Yaşayış mərkəzlərindən çox uzaqlaşmaq təhlükəlidir.Ocağın tamamilə söndüyünə əmin olun. Meşədə ocaq qalayarkən ətrafı yanğından qoruyun. Meşəni heç bir tullantı ilə zibilləmək olmaz. Meşə göbələklərinin çoxu zəhərli növlər hesab edilir.