MEŞƏ YANĞINLARI QUBA ŞƏHƏRİNİN 20 KM-DƏ

Artıq üç gündür ki, Şimal bölgəsinin demək olar ki, bütün meşəlik ərazilərində yanğınlar davam edir. Çəkiliş qrupumuz Qubanın 20 km. – də yerləşən Vəlvələ kəndində olub. Çəkiliş gedən müddətdə Vəlvələ meşəsində güclü yanğın müşahidə olunub. İsti yay günləri meşə yanğınları təhlükəsini artırır. Bu günlərdə biz planetin bir çox nöqtələrində meşə yanğınlarının şahidi oluruq. Yanğınlar bir neçə səbəbdən baş verir: insanların ehtiyatsızlığı, kəskin istilər və qəsdən. Yay günlərində meşə və parklarda istirahətə yollanan insanlar çoxluq təşkil edir. Onların əyləncə üçün təşkil etdikləri piknik isə çox vaxt faciə ilə nəticələnir. Yəni ocaq qalanması, yemək hazırlanması, söndürülməmiş siqaret kötüklərinin atılması yanğına səbəb olur. Nəticədə isə ətraf mühütə, insan sağlamlığına, planetin “Ağ ciyər”lərinə böyük zərbəb vurulur. Ona görə də ilk növbədə insanlar istirahət yerlərini tərk etməzdən əvvəl diqqətlə ətrafı nəzərdən keçirməlidirlər.