İtaliyanın cənubundakı Siciliya adasında baş verən meşə yanğınları üç nəfərin ölümünə səbəb olub. Son 36 saatdır davam edən yanğınların söndürülməsi üçün mülki
müdafiə qüvvələri səfərbər olub. Bölgədən təxminən iki min insan təxliyə edilib. Kalabriya regionunun Reccio şəhərində də bir nəfər meşə yanğınının qurbanı olub. Hazırda hökm sürən küləkli hava şəraiti yanğınların söndürülməsinə imkan vermir.