MEŞƏ YANĞINI MERSİN ŞƏHƏRİNƏ YAXINLAŞIR
Baxış sayı: 528
Türkiyənin Mersin şəhərinin Gülnar rayonunda dünən başlayan meşə yanğını davam edir. Külək yanğını daha geniş əraziyə yaydığından Mersin-Antalya magistralında hərəkət dayandırılıb. Əraziyə 11 təyyarə, doqquzu hərbi olmaqla 29 helikopter, 138 yanğınsöndürən maşın və 850 canlı qüvvə cəlb olunub. Daha ətraflı bilgini bizə Mersindən şəhər sakini Zübeyir Gürsoy telefonla bildirdi. Onu da qeyd edək ki, artıq 790 sakin təxliyə edilib, 303 yaşayış yeri yanğın təhlükəsi səbəbindən boşaldılıb.