Kahramanmaraşın Kazma Bağları ərazisində meşə yanğını baş verib. Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallarla Mübarizə İdarəsinin əməkdaşları yanğının
qarşısını almaq üçün əraziyə havadan və qurudan müdaxilə edirlər. Zəlzələdən sonra yenicə özünə gəlməyə çalışan şəhər əhalisi, indi də meşə yanğınları ilə üz-üzə dayanıb. Hələ ki, yanğının baş vermə səbəbi bilinmir. Manisa və Antalyada da meşə yanğınları baş verib. Hər iki əraziyə havadan və qurudan müdaxilə edilir. Antaliyada yanğın Kaş rayonundakı qamışlıq ərazidə və Kəmər rayonunda meşəlik ərazidə baş verib. Qeyd edək ki, Kahramanmaraşda baş verən meşə yanğını 12 saatdan sonra nəzarət altına alınaraq söndürülüb.