MƏKTƏBLİLƏR “CAN AZƏRBAYCAN” DEDİLƏR

Qusar rayonunun Sərvər Abdulkərimov adına Balaqusar tam orta məktəbində Zəfər günü və Azərbaycan Respublikasında Bayraq günü ilə bağlı tədbir keçirilib. Tədbirin açılış mərasimindən öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bir dəqiqəlik sükutdan sonra Azərbaycan Respublikasının dövləıt bayrağı tədbirə gətirildi və Döpvləıt himni səsləndirilməsi tədbir açıq elan olundu. Tədbirdə ilk giriş sözü ilə məktəbin direktoru Babacan Zəkiyev Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində 44 günlük Vətən Müharibəsində qazandığı zəfərdən bəhs etdi.