MƏKTƏBLİ QIZ DNT ROBOT İXTİRA EDİB

17 yaşlı ukraynalı qız Parkinson və Altsqeymer xəstəliklərinin müalicəsi  üçün DNK  robot ixtira edib. 2019-cu il iyul ayının əvvəllərində amerika qəzetlərinin birində 17 yaşlı qızın icadı haqqında məqalə dərc olundu.

Sofiya  Lısenko Googl şirkətinin Pensilvaniyada keçirdiyi müsabiqənin qalibi olub. Ekspertlər məktəbli qızın elmi layihəsinin faydalı oacağını bildiriblər. İndi Sofiya elm adamları ilə birgə layihəsini reallaşdırmaq üzərində işləyir. Dünyanın tibb sahəsində çalışan bütün alimləri Sofiyanın layihəsinə böyük ümüd bəsləyirlər. Məsələ burasındadır ki, Ukraynalı qızın ixtirası Parkinson və Alsqeymer xəstəliyi ilə mübarizə aparmaq imkanı yaradacaq.

11-ci sinif şagirdi elmlə hələ çox erkən yaşlarından məşğuldur. Bir neçə il əvvəl Sofiya çox çətin bir elmi işin üzərində düşünməyə başlayır. Qız insan beynininə dərman çatdırmağın  yollarını axtarır və sonunda tapır.

“İşi çətinləşdirən beyində qan dövranı sistemi ilə sinir hüceyrələri arasında mövcud olan hematoensefalit baryerin varlığıdır. Bu baryer əslində çox vacib funksiyanı yerinə yetirir - virusların  və patogenlərin  yolunu bağlayaraq onların qandan beyin heceyrələrinə   keçməsinə imkan vermir. Amma təəsüflər olsun ki, eyni baryer həm də dərmanların beyin hüceyrələrinə daxil olmasına imkan vermir.”-deyə Sofiya həvəslə hansı işin üzrəində çalışdığını anlatır.

Müxtəlif sahələrdə dərin biliyə sahib məktəbli qız təbiət və tətbiqi elmlərdən tutmuş proqlamlaşdırma və riyaziyyat, kimya, fizika və biologiya kimi elmlərlə maraqlanır. Qazandığı biliklər sayəsində Sofiya həllini axtardığı problemin aradan qaldırılması yolunu tapa bilib. O, DNT ölçülərini aşmayan robot kapsul icad edib. DNT robot sadəcə hematoenseflyar baryueri aşaraq lazımı dərmanları beyin hücetrələrinə çatdıra biləcək.

İnsan orqanizmindəki çəngəliklərdə itməməyə isə ağıllı maşına düzgün proqramlaşması kömək edəcək.

Elm adamları sevinc içindədilər. Çünki bu icad müxtəlif beyin xəstəlikıərinin müalicəsində dönüş olacaq. Lısenkonun ixtirası sayəsində tədricən  Alsqeymer və Parkinson xəstəliklərini müalicə etmək mümkün olacaq. Amma hələki qarşıda Sofiyanə çox iş gözləyir. Məktəbli qız indi həmkarları ilə birgə yenidoğulan körpələrdə serebral iflici aşkar edəcək alqoritm üzərində işləyirlər.

Müsabiqənin təşkilatçıları Lısenko haqqında təsüratlarını belə bölüşürlər:

  • O çox bacarıqlı qızdır. Valideynləri isə övladlarının inkişafı üçün çox çalışırlar.

Sofiya oxuduğu məktəbin direktoru isə qeyd edib ki, Sofiya məktəbdə təşkil olunan bütün elmi dərnəklərdə iştirak  edir. Həm də məcburi yox, özü öz həvəsi ilə.

Lısenkonun ailəsi ABŞ-na qızın hələ 3 yaşı olanda köçüblər. Artıq böyüyən Sofiya deyir ki, valideynləri Ukraynada qalsaydılar da belə o elm arxasıyca gedəcəkdi. Amma həm də vurğulayır ki, ABŞ-da olmaq ona dünyanın hər yer yerindən olan mütəxəssislərlə əlaqələr qurmaq imkanı yaradır.