MƏŞĞULLUQ İMKANLARI ARTIRILIR

Qubada yenicə istifadəyə verilən istehsalat müəssisənin binası uzun illər istifadəsiz qalmış bir bina idi. İndi rayon sakinləri bu atılmış binanın yerində memarlıq elementləri qorunmaqla tamamilə yenilənilənən və rayona gələn qonaqlara qürurla göstəriləcək bir məkana çevrilib.Və burda "Quba ABAD Factory" qablaşdırma istehsalat müəssisəsi artıq fəailiyyət başlayıb. Binada kartondan müxtəlif qablaşdırma vasitələri, kağız və etiketlərin istehsalı, promo məhsulların hazırlanması, eyni zamanda, tullantı kağızların preslənməsi nəzərdə tutulur.