MÜSTƏQİL AZƏRBAYCANIN İNKİŞAFINDA ÖNƏMLİ TARİX

Azərbaycan rus əsarətindən qurtulub öz müstəqilliyini bərpa etdikdən sonra dövlət tariximizdə ən önəmli hadisələrdən biri Azərbaycan respublikasının konstitusiyasının hazırlanması idi. Bunun üçün 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı və Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edildi və həmin ilin noyabrın 27-də isə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə mindi. Amma Azərbaycanda 12 noyabrın konstitusiya günü kimi qeyd edilməsinə Ulu öndər Heydər Əliyevin 1996-cı ildə imzaladıqğı sərəncamdan sonra başlandı.