MÜDAFİƏ NAZİRİ XİDMƏTİ MÜŞAVİRƏ KEÇİRİB
Baxış sayı: 1189
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Nazir müavinləri, qoşun növlərinin komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirlərinin də, videobağlantı vasitəsilə cəlb edildiyi müşavirədə Zakir Həsənov Azərbaycan ordusunda aparılan islahatların bundan sonra da davam etdiriləcəyini deyib. İclasda Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində vəziyyəti təhlil edilib.