MÖVQELƏRİMİZ YENƏ ATƏŞƏ TUTULDU
Baxış sayı: 35
Mövqelərimiz yenidən atəşə tutulub. Aprelin 10-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bununla bağlı Müdafiə Nazirliyi bilgi yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
#Azərbaycan #Ordu #MüdafiəNazirliyi #MN #Ermənistan #atəş