MÖHÜC KƏNDİNİN SU MÜŞKÜLÜ HƏLL OLUNUR

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Tüləkəran kənd inzibati ərazi dairəsinin Aşağı Tüləkəran kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.