LUKAŞENKO PUTİNİ ÇƏTİN VƏZİYYƏTƏ SALDI
Baxış sayı: 338
“Belarus lideri Aleksandr Lukaşenko ağır xəstədir, bu, Vladimir Putini təşvişə salıb”.
bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
Onun sözlərinə görə, həmişə kənardan sağlam görünən Lukaşenkonun xəstəliyini ancaq mayın 9-da məcburi şəkildə Moskvaya getdikdən sonra məlum olub:
“Gözlənilmədən özünü ələ verdi. Moskvaya uçmaq məcburiyyətində qalanda səhhəti yaxşı deyildi. Ona görə də onu bu vəziyyətdə gördük”.
Jdanovun sözlərinə görə, Rusiya lideri Vladimir Putin Lukaşenkonun durumundan narahatdır: “Lukaşenko həmişə Putindən sağlam görünüb. Amma birdən məlum oldu ki, belə deyil”.
Ekspert Belarusda mümkün hakimiyyət dəyişikliyinə diqqət çəkib:
“Təhlükəsizlik qüvvələri nə edəcək? Xalq küçələrə çıxsa, təhlükəsizlik qüvvələri ona atəş açacaq? Onda Belarus Rusiyanı görməyəcək. Üstəlik, Lukaşenko rus qoşunlarının önəmli hissəsini Belarusdan sıxışdırıb çıxarıb. Onda yerdə qalan rusları lokallaşdırmaq və ölkənin konstitusiya quruluşuna qarşı hər hansı addımın qarşısını almaq Belarus ordusunun səlahiyyətində olacaq”.
Ekspert qeyd edib ki, mayın 9-da Moskvada keçirilən parad çox şeyə aydınlıq gətirib: “Putin təcili Belarusda vəziyyətə nəzarəti ələ almalıdır, çünki vaxt azdır, ora canlı qüvvə göndərə bilməyəcək, çünki yoxdur”.