LUKAŞENKO AZƏRBAYCANA GƏLDİ

Mayın 16-da Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlib.Belarus prezidenti ölkəmizdə rəsmi qarşılandıqdan sonra hər iki ölkənin Dövlət

bayraqlarının dalğalandığı meydanda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb, Belarusiyanın və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. Rəsmi qarşılama törənindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub.

Politoloq İlyas Hüseynovun fikrincə Azərbaycanla Belorusun iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq etməsi dövlətlərarası münasibətlərə də təsir edib. Politoloqun fikrincə Belorus prezidentinin ölkəmizə səfəri çərçivəsində də önəmlıi sənədlərə imza atılacaq.

Xatırladaq ki, Belorus prezidenti Aleksandr Lukaşenko 44 günülük Vətən Müharibəsi zamanı da Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlət başçılarından biri olub.