LİVAN-İSRAİL SAVAŞI BAŞLAYIR?

İran həmişə regionda gərginliyin azaldılmasına çalışır və müharibə istəmir. Bu sözləri İranın Livandakı səfiri Müctəba Amani mümkün İsrail-Livan müharibəsi haqda danışarkən

deyib. O bildirib ki, buna baxmayaraq, İran və müqavimət qüvvələri müharibədən qorxmur və müqavimət bütün gücü və imkanları ilə İsrailin qarşısına çıxsa, Təl-Əviv başına nə gələcəyini təsəvvür belə edə bilməz. Qeyd edək ki, Livandan atılan raket Qolan təpələrindəki Məcdəl-Şəms yaşayış məntəqəsində stadiona düşüb, nəticədə 9 nəfər ölüb, 30 nəfər yaralanıb.