LAÇININ TURİZM POTENSİALI
Baxış sayı: 516
Laçın rayonu hələ keçmiş SSRİ dövründə turizm bölgəsi kimi tanınırdı. Zəngin flora və faunası, sahəsi 21 ha – dan çox olan Laçın yasaqlığı və İlıx su müalicəvi mineral bulağı ərazinin turizm imkanlarını genişləndirir. Turizm sektorunun inkişafı həm də tezliklə burada məskunlaşacaq əhalinin də gəlirlərinin artmasına xidmət edəcək. Laçının təbiəti ilə yanaşı zəngin tarixi keçmişi də bu rayona turistlərin cəlb olunmasında əhəmiyyətli rol oynayacaq. Burada 300 - ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri mövcuddur. Hazırda Laçını turizm zonasına çevirmək üçün müxtəlif layihələr hazırlanır. Gələcəkdə burada inşa olunacaq Beynəlxalq hava limanı ölkəyə xarici turistlərin cəlb olunmasına dəstək göstərəcək. Onu da xatırladaq ki, ötən gün Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan ordusunun nəzarətinə keçib.