LAÇININ İŞĞALDAN AZAD EDİLMƏSİNDƏN 2 İL ÖTÜR

Laçın rayonunun Ermənistanın işğalından azad edilməsindən iki il ötür. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Azərbaycan Preziddenti İlham Əliyev 1 dekabr 2020 – ci ildə televiziya ilə müraciətində Laçın rayonunun işğaldan azad edilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik etdi. Qeyd edək ki, Laçın 1992 – ci il mayın 18 – də Ermənistan ordusu tərəfindən işğal olunmuşdu.